Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır - Yaqut Qarayeva

17:05 21.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yoluxma artmaqdadır:

"Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa daha çox yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək yoluxmanın artmasının qarşısını ala bilərik".

Sosial rubrikasından digər xəbərlər